Siyəzəndə 1 yaşlı körpə iynə vurulandan sonra HƏYATINI İTİRDİ
Siyəzəndə 1 yaşlı oğlan uşağı iynə vurulandan sonra həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Siyəzən şəhərində baş verib.
Mənsurə Ağayevanın körpəyə iynə vurmasından sonra uşaq keçinib. Novruzovlar ailəsi ölüm faktı ilə bağlı Siyəzən rayon prokurorluğuna müraciət edib.