EN

Paşinyan Putini Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırdı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Kreml məlumat verib.

Ermənistan Baş naziri RF Prezidentini Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramplа avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırıb.

"Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri barədə ətraflı məlumat verib. Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin edilməsinə töhfə verən addımların vacibliyini qeyd edib. Rusiya tərəfinin 2020-2022-ci illərdə ali səviyyədə əldə olunmuş məlum üçtərəfli razılaşmalar çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına yardım etməyə hazır olduğu təsdiqlənib", - məlumatda deyilir.

Putin öz növbəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla söhbətin əsas nəticələri və Alyaskada Donald Trampla görüşə hazırlıq barədə məlumat verib. Ermənistan Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.

Qeyd edək ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

\report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
50
azxeber.com

10Sources