EN

Azərbaycan Ermənistanı danışıqlar masasında fakt qarşısında qoydu Mevlüt Selman Tecim

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeniazerbaycam.com xəbər verir ki, Türkiyə Səfirliyi Media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində Azərbaycanlı media nümayəndələri Türkiyənin beynəlxalq xəbər kanalı TRT World-a səfər ediblər.

“Seranit ilə İlham Verən Bir Kəşf” layihəsi çərçivəsində reallaşan görüş Türkiyə və Azərbaycan arasında strateji informasiya əməkdaşlığını inkişaf etdirmək, media sahəsində peşəkar təcrübə paylaşmaq və jurnalistlərin qlobal media platformalarında yerli təcrübələrini zənginləşdirmək üçün təşkil olunub.

“TRT World”-un direktoru Mevlüt Selman Tecim kanalın beynəlxalq yayım strategiyası, xəbərin hazırlanması və təqdimat mərhələləri, rəqəmsal media və yeni texnologiyaların tətbiqi

kimi mövzularda ətraflı təqdimat keçirərək, təcrübələrini paylaşıb. 

Eyni zamanda Azərbaycanın güclü siyasi iradəsi və hərbi qüdrəti sayəsində, illərdir beynəlxalq ictimaiyyətin susqunluqla seyr etdiyi işğala son qoyaraq torpaqlarını azad etməsinə və Ermənistanı danışıqlar masasında fakt qarşısında qoymasına diqqət çəkən Tecim, Rəsmi Bakı üçün bu prosesin irəli aparılmasının, Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Azərbaycan və Türkiyənin birgə nümayiş etdirdiyi qətiyyətli mövqe nəticəsində, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ və Fransanın da bölgədə yaranmış yeni reallığı qəbul etməyə başladıqlarına diqqət çəkib.

Media nümayəndələri ilə görüşən baş direktor müavini Ahmet Görmez isə ziyarəti iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin mediada daha da genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirərək iki qardaş ölkə arasında mədəni və informasiya körpüsünün möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Xatırladaq ki, görüşdə “Yeni Azərbaycan” qəzeti və YeniAztv-ni Aytən Rəhimli təmsil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
yeniazerbaycan.com

2Sources