Sabah Bakıda Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" - "Şkendiya" matçı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, buna görə "Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.