EN

Rusiyadan Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə keçməsinə reaksiya

BAKI, 11 avqust. TELEQRAF

“Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə keçməsi Cənubi Qafqazda qüvvələr balansını dəyişdirən çox mühüm siyasi addımdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib.

Siyasətçi bu hadisəyə çox ciddi yanaşmaq lazım olduğunu bildirib.

“Bu, çox vacib məqamdır. Artıq “Tramp dəhlizi” adlandırılan və Cənubi Qafqazda qüvvələr balansını dəyişən Zəngəzur dəhlizi çox mühüm siyasi addımdır. Bu, İranın maraqlarını xeyli poza, Türkiyənin mövqeyini xeyli yüksəldə bilər və bütün bunlar Rusiyanın mütləq iştirakı olmadan ABŞ-nin nəzarəti altındadır. Bu, Çinin və qonşu ölkələrin təbii maraqlarına təsir göstərir”, - Çepa qeyd edib.

Chosen
51
50
teleqraf.com

10Sources