EN

Senator və prezidentliyə namizəd vəfat edib

Ajans.az 39 yaşlı siyasətçi, Kolumbiyalı siyasətçi Migel Uribemitinq zamanı başından vurulmuş, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Uribenin həyat yoldaşı Maria Claudia Tarazona sosial şəbəkədə paylaşım edərək, “Sən həmişə mənim həyatımın sevgisi olacaqsan. Sevgi ilə dolu bir həyat üçün təşəkkür edirəm. Rahat yat, həyatımın sevgisi. Uşaqlarımızın qayğısına qalacağam” sözlərini yazıb. Uribenin ölümü, ailəsinin faciələrlə dolu tarixində daha bir qara səhifə açıb. Onun anası, tanınmış jurnalist Diana Turbay, 1991-ci ildə narkobaron Pablo Eskobarın rəhbərlik etdiyi Medellin Karteli tərəfindən qaçırılmış, uğursuz xilasetmə əməliyyatı zamanı həlak olmuşdu.

 

Chosen
107
50
Ajans.az

10Sources