EN

Bu ölkə də YANIR

İspaniyanın şimalındakı Kastiliya və Leon, Qalisiya və Navarra bölgələri ilin ən ağır meşə yanğınları ilə mübarizə aparır. 

"Cebheinfo.az" xəbər verir ki, həftə sonunda başlayaraq əsasən Leon, Zamora və Ourense şəhərlərində təsirli olan meşə yanğınları, 10 fərqli bölgədə davam edir. Yerli idarələr və Mülki Müdafiə qurumu rəsmilərinin mətbuata verdiyi açıqlamalara görə, 1997-ci ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilən və alovlardan təsirlənən Leon yaxınlığındakı Las Medulas Təbiət Parkını əhatə edən bəzi yaşayış məntəqələrindən 850-dən çox insan təxliyə edilib. 

Rəsmilər alovların təbiət parkı ərazisinə mümkün qədər az təsir etməsi üçün hərbi birliklərin də köməyi ilə intensiv iş aparıldığını bildiriblər. Leon və Zamoradakı bəzi yolların hələ də nəqliyyata bağlı saxlanıldığı qeyd edilib. Bölgə sakinləri yanğınsöndürmə işlərinin kifayət qədər effektiv olmamasından şikayətləniblər. Baş nazir Pedro Sançes “X” hesabındakı açıqlamada belə deyib: 

“Navarra, Kastiliya və Leon bölgələrindəki meşə yanğınlarının gedişatını izləyirik. Hərbi Təcili Yardım Birliyi Zamora və Leon bölgələrində fəaliyyətə başlayıb. Təsirlənən bütün bölgələrin sakinləri ilə həmrəylik içində olduğumu bildirir, vəzifəli personalımıza bir daha təşəkkür edirəm. Xahiş edirəm, son dərəcə diqqətli olun”. 

Chosen
47
cebheinfo.az

1Sources