EN

"Araz-Naxçıvan" problem yaşadı, PFL bu qərarı verdi

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk turunda keçiriləcək "Zirə" - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

"Araz-Naxçıvan" bununla bağlı müraciət ünvanlayıb. Müraciətdə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komandanın vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacağı qeyd olunub.

Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə dəyişdirilməsini xahiş edib.

Chosen
47
7
publika.az

10Sources