EN

Balakən və Oğuzda üç faydalı qazıntı yatağı istifadəyə verildi

Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib

Hərrac vasitəsilə Balakən və Oğuz rayonlarında yerləşən 3 faydalı qazıntı yatağı istifadəyə verilib

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağı (3,5 ha) ) istifadəyə verilib.

Qeyd edək ki, Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Chosen
20
13
teleqraf.com

10Sources