EN

Paşinyan Pezeşkianla da danışdı: İran prezidenti heyrət doğuracaq mesaj verdi


İran Prezidenti Məsud Pezeşkiyan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, İran Prezidentinin mətbuat xidmətinə görə, söhbət zamanı Pezeşkiyan iki ölkə münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında qurulan strateji əhəmiyyətini vurğulayıb və bu əlaqələri zəiflətmək cəhdlərinin qəti şəkildə rədd ediləcəyini bildirib.

Pezeşkiyan ABŞ-ın iştirakı ilə Qafqazda nəqliyyat dəhlizi layihəsi çərçivəsində Ermənistanın suverenliyinin qorunmasının vacibliyini xüsusi qeyd edib. O, bu dəhlizin həyata keçirilməsində hərbi və ya təhlükəsizlik qüvvələrinin iştirakını qəbuledilməz adlandırıb. İran lideri xəbərdarlıq edib ki, bəzi Amerika təşəbbüsləri “sülh” və “investisiya” maskası altında Qafqazda dominantlıq məqsədi güdə bilər, ona görə də layihənin həqiqətən inkişaf və sabitliyə xidmət etməsi vacibdir.

Tərəflər həmçinin İran, Azərbaycan və Ermənistan arasında münasibətlərin yalnız diqqətli, razılaşdırılmış addımlar əsasında və xarici müdaxiləsiz qurulmasının önəmini vurğulayıblar. Pezeşkiyan bölgə ölkələrinin ümumi maraqlarının İran üçün prioritet olduğunu təsdiqləyib və qonşuların da bu yanaşmanı dəstəkləyəcəyinə ümid etdiyini söyləyib.

Musavat.com-un şərhinə görə, hazırda Tehranda Vaşinqton razılaşmasına, Ermənistan-Azərbaycan sülh prosesinə və Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlara münasibətdə “normal” mövqe yalnız Prezident Pezeşkiyanın özü və onun komandasında olan müəyyən fiqurlar tərəfindən sərgilənir. Tehran rəhbərliyinin qalan hissəsi — xüsusilə də ruhanilər və SEPAH — bu prosesi qaralamağa, bölgədə sülhün qarşısını almağa, həm Azərbaycanı, həm də Ermənistanı müxtəlif formalarda təhdid etməyə çalışır.


Chosen
35
50
nuh.az

10Sources