EN

Ərdoğanın dəvəti ilə Kavelaşvili Ankaraya gəlir

BAKI, TurkicWorld , Nərmin Ağayeva

Gürcüstan Prezidenti Mixail Kavelaşvili 12-13 avqust tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, Prezidentin kommunikasiya direktoru Burhanəddin Duranın sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Bu, Kavelaşvilinin Türkiyəyə ilk rəsmi səfəri olacaq. Görüşlərdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı əlaqələrin gücləndirilməsi, həmçinin cari regional və qlobal proseslər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə və Gürcüstan uzun illərdir strateji tərəfdaşlıq münasibətlərinə malikdir və tərəflər iqtisadi, müdafiə, enerji və regional təhlükəsizlik sahələrində sıx əməkdaşlıq aparır.

Chosen
27
24
turkic.world

10Sources