Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələri, xüsusən "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin ləğvi üzrə ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılması, o cümlədən "beynəlxalq sülh və firavanlıq naminə Trump yolu" layihəsi barədə Türkiyə Prezidentini məlumatlandırıb.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni keyfiyyətinin formalaşmasına imkan yaradır.