Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Karvan" klubu heyətini yeni futbolçuyla gücləndirib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Konqo əsilli almaniyalı vinger Coy-Slayd Mikelsi sıralarına qatıb.
30 yaşlı futbolçu növbəti mövsüm "Karvan"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Coy-Slayd "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin qardaşıdır. Onun digər qardaşı Leroy isə son olaraq "Şamaxı"nın formasını geyinib.