Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan söhbət zamanı Ərdoğana avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən görüşün nəticələri barədə ətraflı məlumat verib.
Ermənistanın baş naziri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin yaradılmasına imkan yaradır.