EN

Gürcüstan prezidenti Kavelaşvili sabah Türkiyəyə səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə ilk rəsmi səfər edəcək.

Türkiyənin Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran sosial media hesabından Gürcüstan prezidenti Mixail Kavelaşvilinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 12-13 avqust 2025-ci il tarixlərində Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.

Duranın açıqlamasına görə, Kavelaşvilinin Türkiyəyə ilk rəsmi səfəri zamanı cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə onun strateji tərəfdaşı olan Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Chosen
43
7
qaziler.az

10Sources