EN

Vaşinqton görüşü bəzi qüvvələri ciddi narahat edib TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəinki Azərbaycanımıza, ümumilikdə regiona sosial rifah, sülh və əmin-amanlıq gətirir. Avqustun 8-də Ağ Evdə baş tutan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli görüşü və imzalanan sənədlər Prezident İlham Əliyevin dünya siyasətində fenomen şəxsiyyətlərdən olduğunu təsdiqlədi. Bir daha məlum oldu ki, Fateh Sərkərdə, Prezident İlham Əliyev 30 illik erməni işğalı altında olmuş torpaqlarımızı işğaldan azad edilməsi ilə Azərbaycan xalqına böyük qələbə gətirdiyi kimi, həm də regionda ictimai-siyasi sabitliyi təmin edə biləcək sülhün banisidir. Vaşinqitonda keçirilən iki və üçtərəfli görüşlər qürurlu və qalib Azərbaycan xalqının, dövlətinin siyasi, diplomatik qələbəsi ilə yekunlaşdı. Ali Baş Komandan, Prezident İlham Əliyev bir səfəri ilə 1992-ci ildə Azərbaycana qarşı ABŞ Konqresi tərəfindən tətbiq olunan "907- ci düzəliş"in ləğvinə nail oldu. Azadlığa Dəstək Aktına "907-ci düzəliş"in ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Azadlığa Dəstək Aktına ədalətsiz "907-ci düzəliş"in məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

Ağ Evdə reallaşan qələbə tarixi zəfərin davamıdır

Azərbaycan Prezidenti İlham Əliyev müdrik siyasəti ilə regionda sülhün təmin olunmasına xidmət edəcək sənədlərin dünyanın əsas güc mərkəzi hesab olunan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirdi. Bununla Prezident İlham Əliyev nəinki, regionun, ümumiyyətlə dünyanın ən nüfuzlu söz sahibi olan liderlərdən olduğunu nümayiş etdirdi. Təbii ki, sülhün əldə olunması bir daha regionumuzda müharibələrin, ən azı lokal toqquşmaların olmayacağından xəbər verir. Sülhün əldə olunması bölgənin iqtisadi cəhətdən inkişafı, tərəqqisi deməkdi. Sülhün daimi və davamlı olması ilə ailələr müharibə baş verə biləcəyi qorxusundan azad olacaqlar. Qurbanlar, dağıntılar, fəlakətli durum baş verməyəcək. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir.

Söz yox ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təşəbbüskarı Azərbaycandır. Azərbaycan bu təşəbbüsü irəli sürəndən sonra heç yerdən cavab gəlmədiyi üçün məlum beş əsas prinsipi ortaya qoydu və bunun üzərində sülh sazişinin mətnini hazırladı. Sülh sazişinin bütün maddələrinin razılaşdırılması Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi Vaşinqtonda sülh sazişinin imzalanmasına imkan vermədi. Bu dəyişikliklər ediləndən sonra sülh sazişi istənilən vaxtda imzalana bilər. Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi tələbi Ermənistanın daxili işlərinə qarışmaq deyil, bu, Azərbaycanın ərazi bütövlüyünə dair açıq tələb və iddia olduğuna görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Ermənistan tərəfi özü bildirir ki, Konstitusiyasında dəyişikliklər edilməlidir və Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə ABŞ-a qarşı hörmətsizlik olacaq. Azərbaycanın mövqeyi hər zaman ardıcıl, məntiqli, əsaslı olub, heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər qoymayıb.

Sülh layihəsinin müəllifi Azərbaycandır

Məlum faktdır ki, bəzi xarici qüvvələr regionumuzda yeni müharibələrin baş verməsi üçün müxtəlif vasitə və üsullardan istifadə edir, cəhdlər göstərilər. ABŞ-ın zəmanəti ilə Azərbaycanla Ermənistan arasında sənədlərin paraflanması məkrli dairələrin çirkin niyyətlərini iflasa uğratdı. Prezident İlham Əliyevin Vaşinqitona tarixi səfəri və imzalanan sənədlər ABŞ-ın keçmiş Bayden-Blinken Administrasiyasını, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. dairələri acı məğlubiyyət acısını yaşamağa vadar etdi. Çünki bu məkrli dairələr uzun müddət Azərbaycanı güzəştlərə məcbur etmək siyasəti aparırdılar. Hətta xatırlatmaq lazımdır ki, Bayden hakimiyyəti Azərbaycana qarşı təzyiq və təhdid siyasətini öz ağılları ilə gücləndirmək niyyəti ilə 2023-cü il də "907-ci düzəliş"in bərpa olunması haqqında qərar vermişdi. Halbuki, 1992-ci il də qondarma düzəliş tətbiq olunsa da, ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə 2001-ci ildə kiçik Buş həmin qərarın dondurulması barədə fərman vermişdi. Sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı.

2023-cü il noyabrın 15-də isə ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda qondarma dinləmələr təşkil etmişdilər. Qondarma tədbirin əsas müəllifi Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin olsa da, sifarişçisinin ermənilərin anası hesab olunan Kardaşyan olub. O zaman Tomas Kinin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə 5 saatlıq görüş keçirməsi və sonradan bu görüşə erməni lobbisinin əsas simalarının, hətta Ağ Evin rəsmi nümayəndələrinin də qatılması qondarma dinləmələrin məkrli planlar üzərində qurulub, hazırlandığını təsdiqləmişdi. Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib və özlərini rüsvay edən gülünc qərar qəbul etmişdilər. Lakin siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl Liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını tam həcmdə uğurla reallaşdırdı. Bir daha təsdiq olundu ki, Azərbaycan dövləti ilə təzyiq dilə ilə danışmaq onlar üçün faciələr gətirə bilər. Bu, qalib Prezident, regiona sülh gətirən Cənab İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. - Azərbaycanla ABŞ prezidentlərinin görüşünün səmimi şəraitdə keçməsi Prezident İlham Əliyevin liderliyinə və Azərbaycana göstərilən böyük önəmin göstəricisidir. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezident Donald Trampın münasibətləri həmişə yaxşı səviyyədə olub, Azərbaycan seçkilərdə onu dəstəkləyib. Bu, növbəti illərdə ölkələrimiz arasında əlaqələrə də müsbət təsir edəcək.

Nədən fars-molla rejimi ağlar günə qalıb?

Vaşinqitonda baş tutan tarixi görüşdən sonrada məkrli dairələr ənənəvi təxribatlarından əl çəkmirlər. Onlar siyasi mövqelərinə və maliyyə imkanlarına arxalanaraq yenidən təsir altında saxladıqları media orqanlarını dövriyyəyə buraxıblar. Təxribat maşınları sifarişlərə uyğun olaraq yeni cəfəng, məntiqsiz iddialarla çıxış edir, xəbərlər paylaşırlar. Hətta fars-molla rejiminin ulduza da hürən Vilayəti kimi molları Zəngəzur (Tramp yolunun) dəhlizinin Ermənistanın suverenliyinə zərbə olacağını iddia edirlər. Hətta bu ünsür Zəngəzur dəhlizinə qarşı Rusiya ilə, Rusiya olmasa təkbaşına mübarizə aparacaqlarını bəyan edib. Birincisi, bu məxluqa başa salmaq lazımdır ki, başın girməyən yerə niyə bədənin soxursan. Sən yersiz, yurdsuz tapşırıq icra edən yoluq bir məxluqsan. Nədən bölgəyə sülhün gəlməsindən əndişələnirsiniz? Nəyə görə, bölgədə yolların açılmasından narahatlıq keçirirsiniz?

O ki qaldı Ermənistanın suverenliyinin pozula biləcəyindən qarınağrısı keçirməyinizə, burada da yanlışlığa yol verirsiniz. İmzalanan birgə Bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın Ermənistanın suverenliyi çərçivəsində olması əksini tapıb. Azərbaycanın istədiyi təkcə ölkəmizin bir hissəsindən digər hissəsinə maneəsiz keçidi təmin etməkdir. Molla rejiminin əl arabasında oturub, zülüm-zülüm göz yaşı tökən ünsürləri mövcud reallığı dərk edib susmalıdılar. Ən azı prezidentləri Pezeşkiandan dərs götürüb, ağıllı olmağa çalışmalıdılar. M. Pezeşkianın Zəngəzur dəhlizinə, Azərbaycan-Ermənistan münasibətlərin qurulmasına, sülh sazişinin imzalanmasına dair mövqeyi müsbətdir, o, fars-molla rejiminin digər ölkələrlə normal münasibətlərini qurmaq istədiyini bildirib. Lakin Pezeşkiandan fərqli olaraq dini radikallar və fars şovinistləri buna imkan vermirlər. Araşdıranda məlum olur ki, fars-molla rejimin fəlakətli vəziyyətlə üzləşməsinin, yaxın və uzaq dövlətlərlə əlaqələrinin pozulmasının başlıca günahkarları elə gerizəkalı Vilayəti, Amili və digər bozbaş mollalardır. Molla rejimin cəmiyyətində dərin uçurumun yaranması, korrupsiya, rüşvətxorluq, ölkənin geridə qalması, bütün dünyadan təcrid olunması və digər rüsvayçı neqativ hallarında səbəbkarları üzdəniraq mollalardır. Yalandan boşboğazlıq edir, hədələyici bəyanatlar da səsləndirirlər. İsrailin fars-molla rejiminə hücumu təsdiq etdi ki, bu rejim cürükdür, heç bir gücü, normal təhlükəsizlik sistemi mövcud deyil. Yenə də D.Trampa minnətdar olmalıdırlar. ABŞ qırıcıların sərrast zərbəsindən sonra Tramp müharibəni dayandırmağa qərar verdi və istədiyinə də nail oldu. Əgər müharibə bir qədər də davam etsə idi, yəqin ki, Vilayəti kimi boşboğazlar generallarının yanına göndəriləcəkdi. Ona görə bu gün nəfəs alıb, sayıqlaya bilirlərsə, buna görə D.Trampa minnətdar olmalıdırlar.

Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) nəinki iki ölkəyə, ümumiyyətlə, regiona faydası böyük olacaq. Ona ABŞ rəhbərlik edəcək və bu da region ölkələrinə müsbət xeyir verəcək. Bu layihəni ancaq alqışlamaq və dəstək vermək lazımdır. Çünki regionunumuz sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə inkişaf edən, sülhün və təhlükəsizliyin möhkəm əsaslar üzərində qurulacaq sabit və sakit bölgə olacaq.

İLHAM ƏLİYEV

Chosen
74
50
sia.az

3Sources