Lökbatanda su problemi
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Əli Əliyev küçəsinin sakinləri bir neçə aydır ki, su üzünə həsrətdir. Ərazidə su xətləri və sayğaclar var, amma içməyə su yoxdu.
Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, bu isti yay günlərində içməyə su tapmırlar. Onlar maddi cəhətdən sərf etmədiyi üçün suyu maşınlar vasitəsilə ala bilmədiklərini də deyirlər. Sakinlər məsələ ilə bağli aidiyyəti qurumlara şikayət etsələr də, problem hələ də həll olunmayıb.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir. Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.