EN

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Polşanın baş naziri Donald Tusk, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin 15 avqustda Alyaskada keçirəcəyi görüşlə bağlı narahatlıq və ümidini ifadə edib.

TurkicWorld xəbər verir ki, TVP World-un məlumatına görə, Tusk mətbuat konfransında ABŞ-ın görüş öncəsi avropalı tərəfdaşları ilə məsləhətləşmə vəd etdiyini bildirib..
"Tramp və Putin arasındakı görüşün nəticələrini gözləyəcəyəm. Çoxlu narahatlıqlarım və böyük ümidlərim var", — deyə baş nazir vurğulayıb.

Tusk, Avropa liderlərinin birgə bəyanatının Ukrayna sülh danışıqlarında birliyi göstərdiyini qeyd edərək, Ukraynanın prosesə daxil edilməsinin vacibliyini xatırladıb.

O həmçinin bildirib ki, Trampın son açıqlamaları ABŞ prezidentinin Ukrayna və Avropanın mövqelərini daha yaxşı anladığını göstərə bilər, lakin bu yanaşmanın davamlı olacağına “100 faiz əmin olmadığını” deyib.

Avropa liderləri Tramp-Putin görüşündən əvvəl yayımladıqları bəyanatda vurğulayıblar ki, Ukraynanın iştirakı olmadan sülh əldə etmək mümkün deyil.

Chosen
59
3
turkic.world

3Sources