EN

Qurban Qurbanov: Hər iki komanda qalib gəlməyə layiqdir

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Hər iki komanda qalib gəlməyə layiqdir".Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:"Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram".Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
50
reyting.az

10Sources