EN

"Qarabağ"-“Şkendiya” oyunu ilə bağlı avtobusların hərəkət qrafikində müvəqqəti dəyişiklik ediləcək

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar avtobusların hərəkət qrafikində müvəqqəti dəyişiklik ediləcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq "Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məlumata görə, məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.

Chosen
66
50
day.az

10Sources