EN

Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar artıb

Məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı daha da artır. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir.  

Yenisabah.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6% artaraq 2 mlrd. manatdan çox olub. Bu ilin birinci yarısında özəl investisiyalar 16.5% artaraq 4.1 mlrd. manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8% artaraq 2.2 mlrd. manata yaxın olub. Ümumilikdə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12%-dən çox artaraq 30.2 mlrd. manatı ötüb.


Telegram kanalımız
Chosen
27
33
yenisabah.az

10Sources