EN

Qazaxıstanda Monika Belluçiyə bənzəyən polis GÜNDƏM OLDU - VİDEO

Qazaxıstanda bir bloqerlə polis əməkdaşı arasında yaşanan mübahisənin videosu müzakirə olunur. 

Bizim.Media xəbər verir ki, istifadəçilərin diqqətini mübahisənin məğzi deyil, qadın zabitin xarici görünüşü çəkib. 

Bir çoxları onu Monika Belluççi ilə müqayisə edərək yalnız görünüşünün deyil, kadrda göstərdiyi sakit və təmkinli davranışının da aktrisanı xatırlatdığını yazıb.

Videoda isə bloger polis əməkdaşından xidməti vəsiqəsini göstərməyi tələb edir. Polis isə bu tələbi rədd edir, özünü təqdim edərək polis polkovnik-leytenantı Leyla Saidova olduğunu vurğulayır və videonun müəllifinə şikayət etməyi təklif edir.

"Şikayət edin. Bu sizin hüququnuzdur", — deyə o, sakit şəkildə bildirir.

Videonun müəllifi isə sosial şəbəkədə polis əməkdaşını səhlənkarlıqda ittiham edib. Onun sözlərinə görə, o, pozuntunu qeydə almaq və ərizəni qəbul etmək üçün müraciət edib, lakin cavab olaraq kobudluqla qarşılaşıb.


Sara, Bizim.Media

Chosen
34
50
bizim.media

10Sources