EN

Azərbaycanla Ermənistan separatizmin və terrorizmin bütün təzahürlərini pisləyirlər  

Azərbaycan və Ermənistan dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.

Mətndə, həmçinin bildirilir ki, tərəflər özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Chosen
46
50
azerbaijan-news.az

10Sources