EN

İrlandiya Vaşinqtonda əldə olunan razılaşmaları alqışlayır

İrlandiya Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin paraflanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrlandiya Xarici İşlər Nazirliyi bəyan edib.

XİN-dən vurğulayıblar ki, İrlandiya hər iki ölkənin Cənubi Qafqazda davamlı sülh və sabitliyə doğru atdığı bu mühüm addımı yüksək qiymətləndirir.

"Biz Ermənistan və Azərbaycanı sazişin paraflanması münasibətilə təbrik edirik. İrlandiya Avropa İttifaqı üzrə tərəfdaşları ilə birlikdə onun həyata keçirilməsini dəstəkləməyə hazırdır", - XİN-in bəyanatında deyilir.

Chosen
77
32
bakivaxti.az

10Sources