EN

Bolton: Tramp Alyaska danışıqlarından sonra yenidən Zelenski mübahisə edə bilər

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra Ukrayna lideri Volodimir Zelenski ilə açıq mübahisəsini təkrarlaya bilər. 

HİT.az xəbər verir ki, bu sözləri Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "ABC News"a müsahibəsində deyib.

O qeyd edib ki, zaman keçdikcə Putinlə Tramp arasında münasibətlər "bir yüksəlib, bir də enib". Sabiq rəsminin sözlərinə görə, Rusiya prezidenti hazırda vəziyyəti düzəltmək istəyir.

"Putinin planını müzakirə etdikdən sonra Zelenski elə vəziyyətə düşəcək ki, ona Tramp üçün çox rahat olacaq nəsə təklif olunacaq. O zaman biz fevral ayına yaxın vəziyyətə düşə bilərik. Oval kabinetdə məşhur qalmaqal baş verdi", deyə Bolton qeyd edib.

O əlavə edib ki, Rusiya və Amerika liderlərinin görüşü Kiyev üçün çox riskli hadisədir.

Avqustun 15-də Putin və Tramp Alyaskada üzbəüz danışıqlar aparacaq. Bu, Rusiya və Amerika prezidentlərinin 1988-ci ildən bəri Amerika torpaqlarında ilk görüşü olacaq. Əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin həlli olacaq. Ola bilər ki, dövlət başçıları Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və ərazilərin mübadiləsi kimi təklifləri müzakirə edəcəklər.

Samir

Chosen
39
44
hit.az

10Sources