EN

“ABŞ-Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır”

“ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda olublar. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi paraflanıb”. 

 Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O deyib ki, burada əsas məsələ ABŞ və Azərbaycan arasında strateji əlaqələrin təməlinin qoyulmasıdır:

“İkinci Qarabağ müharibəsindən sonra artıq yeni bir siyasi nizam formalaşıb. ABŞ-ın regiona baxışı çox əsaslı dərəcədə dəyişib. ABŞ-la Azərbaycan arasında strateji ittifaqın xəritəsini hazırlayan işçi qrupun fəaliyyəti müşahidə olunur və növbəti mərhələdə ABŞ-Azərbaycan strateji əlaqələrinin yeni bir mərhələsi başlayacaq.  Təhlükəsizlik, nəqliyyat sahəsində əməkdaşlıq, enerji, yaşıl enerji, həmçinin BMT, terrorizmlə mübarizə, kibertəhlükəsizlik kimi məsələlər ön plana çıxır.  ABŞ-Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır və 8 avqust tarixi Cənubi Qafqazla birlikdə Mərkəzi Asiya və ümumilikdə Avrasiya regionunda yeni geosiyasi dəyişikliklərin başlanğıcı kimi tarixə düşdü”.

Leyla Turan
Demokrat.az
Chosen
111
50
demokrat.az

10Sources