Masallı rayonunda ölkə rəhbərliyinin dəstəyi nəticəsində sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılmaqdadır. Rayon rəhbəri tərəfindən də sağlamlıq imkanları məhdud uşaqlar daim diqqətdə saxlanılır.
Belə ki, 11 avqust 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov və media nümayəndələri “Günərzi” Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud və qayğıya ehtiyacı olan uşaqları ziyarət etmişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhərində fəaliyyət göstərən “Günərzi” qayğı mərkəzinə ziyarət zamanı uşaqlar üçün yaradılmış şəraitlə yerində tanış olmuş, onların sağlamlıq durumu və sosial vəziyyəti ilə yaxından maraqlanmış, qiymətli hədiyyələr təqdim etmişdir.
Mərkəzin kollektivi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.