EN

Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsininHeydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə keçirilən DiasporGənclərinin VI Yay Düşərgəsi başa çatıb.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumatverilib.

Xankəndi şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimindəDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və QarabağUniversitetinin rektoru Şahin Bayramov çıxış edib. Natiqlərgənclərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdənbiri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların millikimliyinin gücləndirilməsi, diaspor şəbəkələriningenişləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsibaxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Mərasimdə düşərgə ilə bağlı geniş videomaterial göstərilib,iştirakçılara və diaspor könüllülərinə sertifikatlar, intellektualoyunların qalibi olan “Xankəndi” və “Zəfər” komandalarınahədiyyələr təqdim edilib.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgəiştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz birhəftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir arayagəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bulayihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağınişğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumatalmaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını,regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgəninböyük fürsət olduğunu dilə gətiriblər.

Düşərgə iştirakçıları, həmçinin Prezident İlham ƏliyevinABŞ-dəki görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu vəhəyəcanla izləməsini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlətbaşçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimixatırlayacaqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri VəsiləVahidqızının aparıcılığı ilə keçən tədbir xatirə şəklinin çəkilməsiilə yekunlaşıb.

Xatırladaq ki, avqustun 3-dən 9-na kimi davam edən DiasporGənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən 128 azərbaycanlı vəAzərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclərqatılıb. Gənclərin düşərgə çərçivəsində Azərbaycan RespublikasıPrezidentinin İşğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə,diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhuridmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə dəQərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkilolunub. Onlar eyni zamanda işğaldan azad olunan rayonlara səfəredib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun vəyarışlarda, müxtəlif istiqamətli təlimlərdə bilikləriniartırıblar.

Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı,Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İşüzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindənolan Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm dədiaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəbolub.

Azərbaycanın

Trend-i buradan izləyin

İnqilab
İnqilab Məmmədov
Bütünxəbərlər

Bakı. Trend:

Xankəndidə təşkil olunan DiasporGənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyətxadimlərinin iştirakı ilə panel təşkil olunub.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumatverilib.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Chosen
44
50
az.trend.az

10Sources