EN

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət edib

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ediblər.

Olaylar xəbər verir ki, bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar", - sənəddə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
69
50
olaylar.az

10Sources