EN

“Azərbaycan Yaponiya elmi mədəni əlaqələrinin inkişafı” mövzusunda məruzə dinlənilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 avqust, AZƏRTAC

“Expo 2025 Osaka” çərçivəsində Azərbaycan pavilyonunda “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələri” adlı təqdimat tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan məlumat verilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın elmi və mədəni potensialını beynəlxalq ictimaiyyətə tanıtmaq, eyni zamanda, Azərbaycan - Yaponiya münasibətlərinin yeni mərhələsini təşviq etmək olub.

Tədbirin əsas məruzəçisi Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda çıxış edib. Məruzədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra elmin və mədəniyyətin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Bu istiqamətdə xüsusilə AMEA-nın rolu qeyd edilib. Gülnar Yunusova AMEA-nın yalnız bir elmi müəssisə deyil, həm də xalqın mənəvi və intellektual irsini yaşadan bir elm məbədi olduğunu vurğulayıb.

G.Yunusova AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Azərbaycan elminin beynəlxalq inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslər və imzaladığı sazişlər haqqında geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan elminin klassik ədəbi irsinin tanıdılması, müasir elmi tədqiqatların dünya miqyasında yayılması, o cümlədən yaponiyalı alimlərlə birgə tədqiqatlar aparılması bu əməkdaşlığın strateji əsasını təşkil edir.

Məruzədə, həmçinin Azərbaycanın Yaponiya ilə elmi-mədəni əlaqələrinin tarixi mərhələləri, müstəqillik dövründə keçirilmiş ikitərəfli forumlar, sərgilər, qarşılıqlı səfərlər və birgə nəşrlər ətraflı şəkildə işıqlandırılıb.

Daha sonra tədbir iştirakçılarının Azərbaycan mədəniyyəti, Azərbaycan elminin istiqamətləri, Yaponiya ilə elm sahəsində əməkdaşlıq formatları, qarşılıqlı maraqlar və yeni layihə imkanları barədə sualları cavablandırılıb.

Tədbirin mədəni hissəsində Azərbaycan mədəniyyətinin Yaponiyadakı yorulmaz təbliğatçısı Minarə Şükürova milli geyimlərimiz, musiqimiz və rəqslərimiz haqqında təqdimatla çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
100
35
azertag.az

10Sources