EN

Makron Azərbaycanla bağlı açıqlama verdi

Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla son telefon danışığının təfərrüatlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "X" səhifəsində yazıb.
 

“Mən ABŞ-ın vasitəçiliyi sayəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışladım. Ümid edirəm ki, bu saziş tez bir zamanda hər iki tərəfin maraqlarına hörmət edən sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracaq”, - o deyib.


Makron Fransanın Cənubi Qafqazda sülh və firavanlığa sadiqliyini bildirib, həmçinin Parisin Ermənistana dəstəyini ifadə edib.
 

“Baş nazirin iyulun 14-də Parisə səfərindən sonra biz, nəhayət, bütün sahələrdə ikitərəfli əlaqələrimizi dərinləşdirməyə davam etmək barədə razılığa gəldik”, - Makron vurğulayıb.


Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın Emmanuel Makronla telefon danışığı barədə məlumat yaymışdı.

Bizim.Media

Chosen
38
50
bizim.media

10Sources