EN

“Zirə” almaniyalı futbolçu transfer etdi

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Leroy Mikelsi heyətinə qatıb. 

Almaniyalı  futbolçuyla  2 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib. Futbolçu son olaraq “Şamaxı”da çıxış edib.

Chosen
40
35
qafqazinfo.az

10Sources