EN

Tramp: Avqustun 15-i Rusiyada Putinlə görüşəcəyəm

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i görüşməyi gözlədiyini təsdiqləyib.

APA bu barədə TASS-a istinadən xəbər verir.

Tramp görüşün Rusiya Federasiyasında baş tutacağını bildirib. Amerika lideri təfərrüatları açıqlamayıb. Məlumatda Trampın bu ifadəni çaşqınlıq nəticəsində səsləndirdiyi ehtimalı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ rəsmiləri Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini bildirmişdilər.

Chosen
37
38
apa.az

5Sources