EN

Paşinyan Tokayevi məlumatlandırıldı

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda keçirilən görüşün nəticələri barədə Tokayevi məlumatlandırıb.

Tokayev Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə Paşinyanı təbrik edib.

Chosen
78
18
sitat.info

10Sources