"Şkendiya" "Qarabağ"ı məğlub etməyə çalışacaq.
"Report”un məlumatına görə, bunu "Şkendiya"nın (Şimali Makedoniya) futbolçusu Kamer Qaka deyib.
Yarımmüdafiəçi Bakıda "Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa ciddi hazırlaşdıqlarını söyləyib:
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.