EN

Litva Prezidenti Ukraynanın ərazi bütövlüyü və Aİ-yə üzvlüyünün tərəfdarıdır

Litva Prezidenti Gitanas Nauseda ilə Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Litva lideri sosial şəbəkə hesabında yazıb.

“Litvanın Ukraynanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə etdim. Ədalətli, davamlı sülh Rusiyadan qeyd-şərtsiz atəşkəslə razılaşmağı və dəymiş ziyana görə kompensasiya tələb edir”, - Nauseda bildirib.

Bundan əlavə, Litva Ukraynanın Avropaya inteqrasiya istiqamətində irəliləyişini alqışlayır və ölkənin 2030-cu ilə qədər Aİ üzvlüyünü dəstəkləyir.

Chosen
34
29
report.az

10Sources