EN

Tramp paytaxta ordu göndərdi

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda asayişi bərpa etmək üçün oraya Milli Qvardiyanı göndərib.

Viral.az xəbər verir ki, bu barədə o, bazar ertəsi jurnalistlərə bildirib.

“Asayişin və ictimai təhlükəsizliyin bərpasına kömək etmək üçün Milli Qvardiyanı Vaşinqtona, Kolumbiya dairəsinə göndərirəm”, – Tramp deyib.

Son Yazılar:

Xatırladaq ki, Tramp ötən həftə şəhər hakimiyyətini artan cinayət səviyyəsinə görə tənqid edərək vəziyyətlə özünün məşğul olacağına söz verib. O cümlədən o, Vaşinqton küçələrindəki evsizlərlə bağlı problemə onları paytaxtdan kənara göndərərək və mənzillə təmin edərək tezliklə son qoyacağını vəd edib.

Chosen
81
6
viral.az

10Sources