EN

PSJ Donnarummanı satmaq istəyir

"Lill"dən Lukas Şevalyeni transfer edən PSJ Canluici Donnarumma ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" italiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Parislilər klubla 1 illik müqaviləsi qalan Donnarummanın satışından gəlir əldə etməyə çalışır. Onlar 26 yaşlı "əlcək sahibi"ni 20-30 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. İtaliya millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 47 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Chosen
9
33
sportal.az

10Sources