"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu".
Ölkə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qalxmasının sevindirici hal olduğunu dilə gətirib.
O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.(oxu.az)