EN

Azərbaycanlı müğənni Rusiyadakı bütün konsertlərini ləğv etdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün konsertlərini ləğv edib.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, musiqiçi avqustun 15-dən 18-dək Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donda baş tutmalı olan dörd konserti ləğv edib.

İddialara görə, sənətçi bu qərarı amerikalı reper Akonun çıxışından əvvəl Soçiyə pilotsuz təyyarə ilə edilən hücumdan sonra verib.

Bəkirovun meneceri vəziyyəti şərh etməkdən imtina edib. Musiqiçinin çıxış etməli olduğu məkanın işçiləri isə ləğvlərlə bağlı məlumatı təsdiqləyiblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
92
axar.az

1Sources