EN

Bakıdan Moskvaya xəbərdarlıq: silahlar göndərilə bilər

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya silahlı qüvvələrinin Ukraynada Azərbaycan qazının nəql olunduğu infrastruktura və Odessadakı SOCAR neft bazasına zərbələr endirməsi məsələsi müzakirə edilib. Liderlər hücumları pisləyib və narazılıqlarını bildiriblər.

Məlumata görə, məsələ Bakını Moskva ilə münasibətləri və müharibə fonunda Kiyevə yanaşmasını yenidən gözdən keçirməyə vadar edib. Belə ki, Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq. Analitiklərin fikrincə, bu, Azərbaycanın Ukrayna üzərindən Rusiyanın zərbələrinə cavab hazırlaması mənasına gəlir.

Bakı Kiyevə hansı silahları verə bilər?Azərbaycanla Rusiya arasında başqa bir ölkədə hərbi qarşıdurmanın yaşanması nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Azərbaycana məxsus infrastrukturun vurulması narahatedici məsələdir:

“Təbii qazın nəqli üçün mühüm əhəmiyyət daşıyan ötürücü stansiyalar və digər infrastruktur elementləri hərbi təyinatlı deyil. Rusiya Silahlı Qüvvələrinin həmin obyektləri hədəf alması, demək olar ki, mülki obyektlərin vurulması deməkdir. SOCAR Azərbaycana məxsusdur və onun hədəf seçilməsi bir sıra məqamlardan xəbər verir. Kreml bu addımı ilə strateji tərəfdaş hesab etdiyi Azərbaycanı hədəf almış olur.

Azər Allahverənov

Əgər bu proses davamlı xarakter alarsa, rəsmi Bakı da öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulan embarqonun ləğvini nəzərdən keçirə bilər. Bu halda, Azərbaycanın ehtiyatındakı müasir silahların Kiyevə göndərilməsi mümkündür. Hadisələrin gedişatı göstərir ki, Rusiya əslində Azərbaycanla bağlı müəyyən siyasətini həyata keçirməyə başlayıb.

Kreml vəziyyətin bu formada davam etməsində maraqlıdırsa, rəsmi Bakı artıq müəyyən razılaşmalara getməli və müvafiq addımlar atmalıdır. Əgər həmin hücumlar silahlı qüvvələrin səhvi kimi dəyərləndiriləcəksə, bu istiqamətdə mütləq açıqlama verilməli və rəsmi Moskva öz mövqeyini aydın şəkildə bəyan etməlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
7
globalinfo.az

10Sources