EN

Kanadada meşədə itkin düşən şəxs 9 gün su ilə qidalanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 11 avqust, AZƏRTAC

Kanadanın Britaniya Kolumbiyası əyalətinin geniş meşəlik ərazisində itkin düşən şəxs qayaya “help” (kömək) sözünü yazdıqdan və palçığa “SOS” işarəsi çəkdikdən sonra xilas ola bilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 39 yaşlı Endryu Barber itkin düşməsindən 9 gün sonra Kanada Kral Atlı Polisi tərəfindən xilas edilib. Onun maşını meşə yolunda helikopterdən görünüb. Polisin verdiyi məlumata görə, E. Barber qidasız qalıb və ayağından xəsarət alıb. O, sağ qalmaq üçün sığınacaq qurub və göldə yığılan sudan içib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
20
azertag.az

10Sources