EN

İran rəsmiləri Zəngəzur dəhlizinə qarşı çıxır?VİDEO

Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə olunan mühüm razılaşma İranda böyük narahatlıqla qarşılanıb.

Xezerxeber.az xəbər verir ki, iki gün öncə İran XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışladığını açıqladı. Nazirlik həmin açıqlamada sərhədlər yaxınlığında regionun təhlükəsizliyini və sabitliyini pozan xarici müdaxilənin mənfi nəticələri ilə bağlı narahatlığını da ifadə etdi. Yəni, alqışlayırıq, amma həm də narahatıq dedilər...

Ardınca İran prezidentinin müşaviri öz "X" hesabında "İran qonşuları arasında sülhü alqışlayır və nəqliyyat yollarının açılmasına qarşı deyil",- deyə paylaşım etdi. Bu paylaşımın üzərindən 1 gün keçmədi ki, İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bəyan etdi ki, "Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə ya da təkbaşına mane olacaq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
16
39
xezerxeber.az

10Sources