EN

ATƏT-dən Qarabağ üzrə Minsk Qrupunun bağlanması istənilib...

İrəvan və Bakıdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərə Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun buraxılması tələbi ilə müraciət göndərilib.

SİA-nın məlumatına görə, rəsmi bəyanat Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.

“(...) ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi, habelə müvafiq qərar layihəsi haqqında”, - nəşrdə deyilir.

Avqustun 8-də ABŞ, Ermənistan və Azərbaycan liderləri Donald Tramp, Nikol Paşinyan və İlham Əliyev İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.

Sənəd iki ölkə arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması və Qarabağ məsələsinin bağlanması istiqamətində ilk addım oldu.

Bazar ertəsi, avqustun 11-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla paraflanmış sazişin tam mətnini dərc edib.

Əli Babayev

Chosen
102
50
sia.az

10Sources