EN

“Napoli”dən “Atletiko”ya

“Napoli”nin hücumçusu Cakomo Raspadorinin “Atletiko Madrid” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, italyan forvard yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

İki Avropa nəhəngi arasında baş tutan transferin dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.

İtalyan oyunçu“Napoli”də üç mövsüm çıxış edib. O, 2023-cü ildə doğma “Sassuolo”dan “Napoli”yə daimi müqavilə ilə keçib. 2022/23 mövsümünü isə icarə əsasında “Napoli”də keçirib.

Napoli forması ilə 109 rəsmi oyuna çıxan Raspadori 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmçinin, 40 dəfə İtaliya yığmasında meydana çıxan hücumçu millidə 9 qol vurub.

Chosen
68
8
90deqiqe.az

10Sources