EN

Ronaldo Corcinaya nəhayət evlilik təklifi etdi - FOTO

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə nəhayət evlilik təklifi edib.

Publika.az xəbər verir ki, bu barədə Corcina sosial şəbəkədə paylaşım edib.

O, dəbdəbəli üzüyünü nümayiş etdirdiyi fotonu "Bəli. Bu və bütün digər həyatlarda", - ifadəsi ilə paylaşıb.

Qeyd edək ki, Ronaldo ilə Corcina 2016-cı ildən birlikdədir və beş uşaq böyüdürlər. Uşaqlardan ikisi Corcinadan, üçü isə futbolçunun əvvəlki münasibətlərindən olub.

Daha öncə Corcina uzun müddətdir ki, evlilik təklifi gözlədiyini və yaxınlarının bu barədə mütəmadi olaraq zarafat etdiyini etiraf edib. Ronaldo isə “Bir növ işarə hiss etdikdə biz evlənəcəyik. Həyatımıza aid olan hər şeydə olduğu kimi, o da mənim nə danışdığımı bilir”, - deyə bu ilin əvvəllərində məsələyə aydınlıq gətirmişdi.

Buna baxmayaraq, Ronaldo bir neçə dəfə ictimaiyyət qarşısında Corcinanı həyat yoldaşı adlandırıb.

Chosen
64
4
publika.az

10Sources