EN

Zelenski: "Rusiya atəşkəsə yox, yeni hücumlara hazırlaşır"

“Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşmır.”

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
 

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya yeni hücum əməliyyatları üçün qoşunlarının yerləşdirir.


“Ruslar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikasını hərəkətə gətirir.

Putin qətiyyən atəşkəs və müharibənin sonlandırılmasına hazırlaşmır.
 

O ancaq ABŞ ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi hərəkətlərini davam etdirmək, Ukraynaya əvvəlki kimi təzyiq göstərmək fikrindədir.”, - Zelenski deyib.


Xatırladaq ki, avqustun 15-də Alyaskada Trampla Putin arasında görüşün keçirilməsi planlaşdırılır.

Bizim.Media

Chosen
94
50
bizim.media

10Sources