Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az report-a isitnadən xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.