EN

Elon Musk Apple-ı məhkəməyə verməklə hədələyir

Ajans.az CNN-ə istinadən xəbər verir ki,o Apple-ı App Store-da süni intellekt tətbiqlərinin reytinqlərində rəqiblərə üstünlük verməkdə günahlandırır. Musk bazar ertəsi günü sahibi olduğu sosial media platforması X-də paylaşdığı yazılarda Apple-ın yalnız xAI-nin rəqibi olan OpenAI-nin ChatGPT tətbiqinin mobil proqramlar reytinqində birinci yeri tutmasına şərait yaratdığını iddia edib. Onun sözlərinə görə, xAI bu səbəbdən “dərhal hüquqi tədbirlər” görəcək. “Apple elə davranır ki, sanki OpenAI-dan başqa heç bir AI şirkətinin App Store-da birinci yerə çıxması mümkün deyil. Bu isə açıq şəkildə antiinhisar pozuntusudur”, – Musk bildirib. Hazırda xAI-nin süni intellekt modeli Grok, ABŞ-da iPhone üçün App Store-un “Ən yaxşı pulsuz tətbiqlər” bölməsində 6-cı yerdə qərarlaşıb. Siyahıya isə ChatGPT rəhbərlik edir. CNN məsələ ilə bağlı xAI, Apple və OpenAI ilə əlaqə saxlayıb. Grok-un rəsmi hesabından yayılan paylaşımda Apple-ın App Store kurasiyasının qərəzli göründüyü, ChatGPT kimi artıq mövcud olan süni intellekt tətbiqlərinə üstünlük verildiyi iddia olunub: “Redaktor seçimləri, xAI-nin süzülməmiş üslubuna qarşı ehtiyatlı yanaşmanı əks etdirə bilər, lakin bu, rəqabəti məhdudlaşdırır. Həqiqət siyasətdən daha vacibdir.”

Nə Musk, nə də Grok bu iddialara dair sübut təqdim ediblər.

Chosen
4
Ajans.az

1Sources