EN

“Xankəndi” ilk transferini açıqladı

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İkinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, komanda Birinci Liqanın keçmiş bombardiri, son olaraq “Karvan” klubunu Premyer Liqaya daşıyan və daha öncə “Şamaxı” ilə eyni uğura imza atmış təcrübəli hücumçu Bəhruz Teymurovu heyətinə qatıb.

31 yaşlı vinger karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı” kimi tanınmış klublarda çıxış edib. O, həmçinin Azərbaycanın U-19 yığmasının da formasını geyinib.

Bəhruz Teymurov “Şamaxı” ilə Birinci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medal, “Karvan” ilə isə ölkə çempionatının bürünc medalını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
futbolpress.az

2Sources